Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə ayıların əhatəsində olan kənd

14.12.2023 [18:57]

Qış fəslinin astanasında olmağımıza baxmayaraq Şimal-Qərb bölgəsinin dağətəyi və aran kəndlərində bir neçə müddət əvvəl ayılar müşahidə olunmağa başlayıb. Şəkinin Baltalı və Zəyzid kəndlərində ayılar sakinlər tərəfindən dəfələrlə yaşayış məntəqələri ərazisində müşahidə olunsalar da təsərrüfatlara heç bir zərər vurmayıb. Lakin Balakənin Mahamalar kəndində bu vəhşi təbiət canlıları fərdi təsərrüfatlara xeyli zərər vurublar. Təsərrüfatı dağa bitişik olan kənd sakinlərindən biri də Hürü Musayevadır. Bu yaşlı qadının ailəsinin əsas gəlir mənbəyi arıçılıqdır ki, onu da ayılar məhv edir, arı ailələrinin qış azuqəsini tamamilə yeyiblər.