CƏMİYYƏT


Qızılca yenə can aldı –12 yaşlı uşaq öldü

Şirvan şəhər Hacı Qəhrımanlı qəsəbə sakini 2011-ci il təvəllüdlü Şahbazlı Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.12 yaşlı Ömər bir müddət ev şəraitində müalicə olunsa da ötən gün onun vəziyyəti ağırlaşdığından Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmoniya, infeksion toksiki şok halı yaranıb. Bütün yardımlara baxmayaraq, azyaşlı xəstəxanada keçinib.