Azərbaycan Dövlət İnformasiya Agentliyi

“BakuBus”ın avtobusu yandı: Sərnişinlər düşürüldü

15.12.2023 [12:39]

Bu gün saat 09:30-də Bakıda 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq yaranıb. Bu barədə AZƏRTAC-a “BakuBus” MMC-dən bildirilib. Məlumata görə, dərhal avtobusda mövcud olan avtomatik qoruma sistemi işə düşüb, sərnişinlər avtobusdan düşürdülüb və avtobus qaraja yönləndirilib. Nəqliyyat vasitəsi ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.