Xankəndidə keçiriləcək oyuna görə metro səhər 4-dən açılacaq
15.12.2023 [13:18]
Dekabrın 21-də "Bakı metropoliteni"nin stansiyaları saat 04:00-da açılacaq. Bu barədə metropoliten məlumat yayıb. Bildirilib ki, "Bakı metropoliteni" futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək:
"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, "Bakı metropoliteni"nin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.