Alovu ram edənlər 18 yaşında
16.12.2023 [12:12]
Onlar üçün ən vacib amil insan həyatıdır. Həyəcan siqnalı gəldiyi anda da. Onlar maxsimum 1 dəqiqə ərzində hazır olub, yola düşməlidirlər. Bu gün sizlərə tanıdacağımız bu adamlara biz qəhrəman da deyə bilərik. Çünki onlar bu günə qədər onlarla, bəlkə də yüzlərlə insanın həyatını xilas edib. Əsasən alovla apardıqları mübarizə onlardan güc və möhkəm iradə tələb edir. Yanlız belə adamlar bu cür çətin peşəni seçə bilər.