Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda evlərdən 100 min manatlıq oğurluq edən dəstə saxlanılıb

16.12.2023 [12:16]

Daxili İşlər Nazirliyindən bildirilib ki, Sumqayıt şəhərində evlərdən birindən oğurluq edilib. Zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək mənzilindən 4500 manat məbləğində pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər - Rəşad İsmayılov, Tural Hacıyev və Sahil Orucov saxlanılıblar.