Yasamalda binada baş verən yanğın söndürülüb
19.12.2023 [10:38]
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Ə.Əhmədov küçəsindəki çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.