Qəçrəş meşəsindən son görüntülər
19.12.2023 [11:26]
Qar yağanda Qubadakı Qəçrəş meşələri göz oxşayır. Yayda olduğu kimi, qarlı-şaxtalı qışda da Qəçrəşdə yerli və xarici turistlərə rast gəlmək olur.
İstirahət üçün Qəçrəş meşələrinə üz tutan turistlər əsrarəngiz qış mənzərələrini seyr etməklə yanaşı, buradakı otel və restoranların xidmətlərindən də istifadə edirlər. Yerli sakinlər tərəfindən turistlərə atla gəzinti və dadlı göy qutabı da təklif edilir.