Şəhid anası: Oğlumu dəfn edib qayıdanda bir qız yaxınlaşdı mənə
19.12.2023 [20:03]
Torpaq su ilə qarışanda, palçıq qanla qarışanda Vətən olur deyirlər. Öz canı, qanı bahasına torpağı qoruyanlar isə bu Vətənin qəhrəmanlarıdır. Belə qəhrəmanlardan biri də İlkin Məmmədzadədir. 1991-ci ilin bu günü gözünü açmışdı o həyata, atasının, anasının sevimlisi, dostlarının isə güvən yeriydi İlkin. Anım günü idi bu gün şəhidimizin. Evinə çatdığımız zaman bir anlıq düşündüm, bəlkə də bu qapıya başqa cür gələ bilərdim mən. Vətən müharibəsi iştirakçısı, qəhrəman övlad İlkindən döyüş yolunu öyrənməyə reportaj hazırlamağa. Ancaq qismət olmadı. O, ən uca məqamı şəhidliyi seçdi.