FHN biznes mərkəzində yanğın-taktiki təlim keçirib
20.12.2023 [10:43]
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Xətai rayonunda yerləşən “Demirchi Tower” biznes mərkəzində “İnzibati binalarda baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğınlar zamanı cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.