Çəkisi yarım kilodan çox olur, qiyməti isə 2-3 manat arası dəyişir
21.12.2023 [12:59]
Xəbərin mətni
Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyev şəxsi təsərrüfatında Özbəkistandan gətirilmiş yeni limon növü yetişdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu limon növünü Z.Əliyev calaq üsulu ilə çoxaldıb. Yeni limon növünün meyvələrinin qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır, ağacı isə yerli iqlimə uyğundur.