Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada bacılar dəm qazından zəhərlənib

21.12.2023 [14:04]

Ağstafada zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Poylu kəndində baş verib.
Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib. Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.
Dərhal onlara ilkin tibbi yardım göstərilib.