Prezidentdən müjdə - Ağdamda İmarət stadinonu tikiləcək
21.12.2023 [14:30]
Xəbərin mətni
Bütün başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.