RƏSMİ


Prezident İlham Əliyev Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.