Goranboyda TIR yandı
21.12.2023 [18:25]
Goranboyda yanğın hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı Mehmet Çobanyıldız idarə ediyi TIR markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olan zaman avtomobilin arxa şinləri partlayıb. Bu zaman yük maşınında yanğın yaranıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə edilib.