Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi rayonunda “Abad həyət” sakinlərin istifadəsinə verilib

22.12.2023 [14:16]

Nəsimi rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibəti ilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində genişmiqyaslı abadlıq və quruculuq işləri davam etdirilir. Bakı şəhər İcra Hakimiyyəti və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq və yenidənqurma işləri sırasında 700 sakinin yaşadığı 1-ci mikrorayon Moskva prospekti 68, 72 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.