Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astarada torpaq sürüşməsi: ev qəzalı vəziyyətə düşdü

22.12.2023 [16:19]

Astara rayonunun dağlıq kəndi olan Şüvidə torpaq sürüşməsi baş verib.
İntensiv və leysan xarakterli yağışlar, Astara rayonunun dağlıq kəndi olan Şüvidə torpaq sürüşməsinə səbəb olub. Torpaq qatının sürüşməsi nəticəsində kənd sakini Habil Cümşüdova məxsus ev yaşamaq üçün yararsız vəziyyətə düşüb. Evin əsasən iki otağında çatlar əmələ gəlib. Qapı və pəncərələr bağlanmır.