Qohumlar arasında ədavət faciə ilə nəticələndi
22.12.2023 [17:32]
Dekabrın 21-də Şamaxıda polis əməkdaşı olan Saday Manafov şəxsi münasibətlər zəminində Rəfail Feyzullayevi odlu silahla qətlə yetirib. Şamaxı rayon prokurorluğunun böyük müstəntiqi Teymur Mövsümov jurnalistlərə açıqlamasında bildirib ki, polis əməkdaşı qohumuna bir-neçə atəş açıb.