Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə küləyin yaratdığı fəsadlar haqqında AÇIQLAMA

24.12.2023 [13:29]

Xəbərin mətni

Dünən qərb bölgəsində baş verən güclü külək və yağış nəticəsində şəhərinin infrastrukturuna ciddi ziyan dəyib. Səhər saat 8-ə olan məlumata görə 12 yaşayış binasının dam örtüyünü tam və ya qismən dağılıb. Bundan başqa şəhərin yaşıllıq təsərrüfatına da ciddi zərər dəyib. Belə ki, 39 ədəd iri və xırda gövdəli ağaclar küləyin nəticəsində aşıb. Bu zaman səki, bardürlər və yol təsərrüfatıda zərər görüb. Küçə və prospektlərdə məhəccər və hasarlar aşıb, bunun nəticəsində də vətəndaşlara məxsus 5 avtomobil zədələnib.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gəncə şəhər Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyininin rəis müavini İlqar Əsədov deyib. Onun sözlərinə görə birliyin küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib. Dünən güclü küləkdə 8 işıq dirəyi sıradan çıxıb, kərpicdən hörülmüş bir neçə barı uçub.