Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada ağac kökündən qopdu

24.12.2023 [15:55]

Güclü külək Qərb bölgəsində bir sıra fəsadlar yaradıb. Ötən gün axşam saatlarında baslayan güclü külək Ağstafa rayonunda bir sira fəsadlara səbəb olub. Belə ki, rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ağstafa şəhərində Səlminaz Cəfərovaya məxsus evin qarşısında olan irigövdəli ağac küləyin təsirindən kökündən qoparaq elektrik xəttini, qaz sayğacını sıradan çıxarıb, elektrik dirəyi evin üzərinə düşüb.