Gəncədə qadını avtomobil vurdu
25.12.2023 [10:14]
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadını vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.