MƏDƏNİYYƏT


Zümrüd Dadaşzadə: İfaçı festivallarda, müsabiqələrdə cilalanır

Bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən ilk musiqi forumunda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular ətrafında geniş müzakirələr aparılıb. Forumda səsləndirilən mövzular barədə bu sahənin mütəxəssislərindən biri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Zümrüd Dadaşzadə ilə söhbət etdik.
AZƏRTAC müsahibəni təqdim edir.