Laçın Yeni ilə hazırlaşır
25.12.2023 [15:45]
Dekabrın 28-də Laçın şəhərində “Can Laçın” adlı yarmarka təşkil olunacaq. Bakı Abadlıq Xidmətinin nümayəndəsi Mətanət Əhmədova AZƏRTAC-ın Laçına ezam olunmuş müxbirinə məlumat verib ki, yarmarkada Laçında istehsal olunan kənd təsərrüfatı məhsulları, müxtəlif əl işləri nümayiş olunacaq. Hazırda yarmarkaya hazırlıq işləri davam edir.