Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcər sakinləri nə zaman köçürüləcək?

25.12.2023 [17:50]

May ayında ilk Kəlbəcər sakinləri dogma torpaqlarına köçürüləcək. 2026-cı ilin sonuna kimi 12 minə yaxın Kəlbəcər sakini yerləşdiriləcək. Bu fikirləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.