İsmayıllıda qadın qeysəriyyə əməliyyatından sonra öldü
25.12.2023 [19:24]
İsmayıllıda qadın qeysəriyyə əməliyyatından sonra ölüb. Belə ki, Qubaxəlilli kənd sakini Əhmədova Ülviyyə Hacı qızı 23 dekabr saat 10:20-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı keçirib. Xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olsa da dekabrın 24-ü səhər saatlarında ölüm faktı qeydə alınıb.