Skuter sürücüsü qəzaya səbəb oldu
26.12.2023 [10:37]
İşıqforun qırmızı işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib.