Azərbaycan Dövlət İnformasiya Agentliyi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən yeni sosial layihə

26.12.2023 [14:10]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sosial layihə hazırlayıb. Tofiq Quliyevin "Vals" əsərini Mərkəzin Kamera Orkestri müşayiət edib, rəqs səhnələrində Mərkəzin benefisiarı Aytac Həziyeva, Rəqs istiqaməti üzrə təlimçimiz Fərid Mehdiyev cəkilib. Orkestrə Mustafa Mehmandarov dirijorluq edir.