Azərbaycan Dövlət İnformasiya Agentliyi

Külli miqdarda narkotik vasitəsi ələ keçirildi - Saxlanılanlar var

26.12.2023 [17:19]

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməyə cəhd edən şəxslər saxlanılıb.
Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.