Şəhid övladı Xankəndidə futbol oyunu zamanı Prezidentlə səmimi görüşündən danışdı
26.12.2023 [18:53]
Bir neçə gün əvvəl Xankəndidə Qarabağ və MOİK komandaları arasında keçirilən futbol oyunu zamanı şəhid övladlarının Azərbaycan Prezidenti və Birinci xanımla səmimi görüşü, uşaqlara diqqət və qayğı ilə yanaşması sosial şəbəkələrdə ən çox müzakirə olunan və təqdir edilən mövzular oldu. YAŞAT Fondunun dəvəti ilə Xankəndidə futbol oyununu izləyənlər sırasında Qaxdan olan şəhid, gizir Sərxan Bilalovun övladı və həyat yoldaşı da olub.