Qusarda pirotexniki vasitələrin satışının qarşısı alınıb
27.12.2023 [13:42]
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısını alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan 1 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.