DÜNYA


Türkiyədə zəncirvari avtomobil qəzası - çox sayda ölü və yaralı var

Türkiyənin Şimali Mərmərə şosesində zəncirvari avtomobil qəzası baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb.

Türkiyənin Sakarya vilayəti ərazisində baş verən qəzada yeddi avtomobil toqquşub.

Hadisə ilə bağlı açıqlama verən Sakarya valisi Yaşar Karadeniz yaralıların xəstəxanalara göndərildiyini, qəza səbəbindən yolun İstanbul istiqamətinin bağlandığını deyib.