Xəsarət alanların son vəziyyəti
28.12.2023 [13:19]
Xəbərin mətni
Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.
Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.