Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında aparılan tikinti-quruculuq işlərində fərqlənən şirkətlərin mükafatlandırma mərasimi keçirilib

28.12.2023 [17:22]

Xəbərin mətni

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri işğalçılardan azad edildikdən sonra burada çox qısa zamanda böyük tikinti-quruculuq işləri həyata keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın indi laçın çağlarını yaşayır desək, yanılmarıq. Qısa zamanda yenidən qurulan Laçın şəhəri indi göz oxşayır.