Güclü külək Zaqatalada fəsadlara səbəb olub
28.12.2023 [17:47]
Bu gün səhər saatlarından başlayaraq rayon ərazisində küləkli hava şəraiti höküm sürür. Günorta saat 12 radələrində güclü külək Zaqatala şəhəri, Heydər Əliyev prospektində iri gövdəli şam ağacını kökündən aşırıb. Hadisə baş verən zaman yolla piyada hərəkət edən 30 yaşlı Abbas Neftullayev yüngül xəsarət alıb. Abbas Neftullayevə hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım həkim briqadasının əməkdaşları tibbi yardım göstərib. Güclü külək səbəbindən yıxılan ağac yaxınlıqdakı yaşayış evinə qismən ziyan verib.