Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt sakinlərindən 1 kiloqram narkotik aşkarlandı

29.12.2023 [09:54]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.