FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla 12 nəfər xilas edilib
29.12.2023 [10:59]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 56 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.