Özbəkistanda Azərbaycana dair elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb
29.12.2023 [12:32]
Xəbərin mətni
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2023-cü il üzrə ölkə mətbuatı, ictimaiyyəti arasında, Azərbaycan, habelə iki ölkə arasında tarixi dostluq və əməkdaşlığa dair elan edilmiş müsabiqənin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən bu ilki mərasim həm də “Heydər Əliyev İli”nə həsr olunub.