CƏMİYYƏT


Direktor: Yeni Klinikada ilk dəfə aorta əməliyyatları icra olundu

Xəstəxanamızda son iki gün ərzində dörd xəstə üzərində önəmli əməliyyatlar icra olundu. Əslində qlobal səhiyyədə bu iş ən önəmli yerə sahibdir. Çox bahalı olan bu əməliyyat heç bir ödəniş olmadan gerçəkləşdirildi və uğurlu bir əməliyyat oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq ilk dəfə icra olunan və aorta damarının anevrizmasının qapalı yolla təmiri ilə əlaqədar brifinq zamanı Yeni Klinikanın direktoru Barat Yusubov çıxışı zamanı söyləyib.