Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə su kanalında batan uşağın axtarışları davam edir

29.12.2023 [14:27]

Xəbər verildiyi kimi, Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.
Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatı davam etdirilir.