Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək Qaxda binaların dam örtüklərini zədələdi

29.12.2023 [15:45]

Şimal-Qərb bölgəsində əsən şiddətli külək Qax rayonunda da bəzi fəsadlara yol açıb. Güclü külək nəticəsində Qax şəhəri ərazisində park və küçələrdə 15-dək ağac aşıb, ictimai binaların və bəzi sahibkarlıq obyektlərinin dam örtüklərinə ziyan dəyib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.