İtaliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
29.12.2023 [16:56]
Xəbərin mətni
Azərbaycanın İtaliyadakı və Müqəddəs Taxt-Tacdakı səfirliklərinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə İtaliyada yaşayan, təhsil alan və işləyən soydaşlarımız iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, xalqımız üçün ən möhtəşəm günlərdən biri olan Həmrəylik Gününün məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunduğunu bildirib.