Laçınlı ailənin hekayəsi - Onlar artıq xoşbəxtdir
29.12.2023 [18:06]
Bura Laçının Zabux kəndidir. Yeni ilə sayılı günlər qalıb. Laçında olduğumuz müddətdə Laçınlılar bizi təbəssüm və qonaqpərvərliklə qarşıladı. Qonağı olduğumuz evə girəndə evin balacaları şam ağacı bəzəyirdilər. Bəlkə də onlar uzun illərdən sonra Laçında şam ağacı bəzəyən ilk uşaqlar idi. Yeni evlərində yeni ili gözləyirdilər bu uşaqlar. Şam ağacı hazır olduqdan sonra masanın ətrafına keçdik, Rahilə nənə həm bizə, həm də nəvələrinə Laçınlı günlərindən danışdı.