Ağalıda bayram şənliyi
30.12.2023 [15:44]
Xəbərin mətni
Zəngilan rayonunun Ağalı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə konsert keçirilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilmiş tədbirdə Zəngilan rayonunun Ağalı kənd sakinləri, eləcə də bu ərazidə fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.