Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında klassik musiqi axşamı təşkil edilib

30.12.2023 [16:31]

Xəbərin mətni

Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir-birindən maraqlı konsert proqramları və bayram tədbirləri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Lacinema” Kino Mərkəzi musiqili və bədii tədbirlərin qeyd edildiyi məkana çevrilib. Bayram günləri ərəfəsində mərkəzdə təşkil edilən mədəni tədbirlər laçınlılar tərəfindən maraqla qarşılanıb.