Pirotexniki vasitələri sosial şəbəkələrdə onlayn satan şəxs saxlanıldı
31.12.2023 [12:13]
Xəbərin mətni
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin sosial şəbəkələrdə onlayn satışı ilə məşğul olan 1999-cu il təvəllüdlü İsmayıl İsmayıllı saxlanılıb. Onun maşınına baxış zamanı ümumi dəyəri 30 min manata yaxın yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.