Britaniya səfirindən Azərbaycan dilində Yeni il təbriki
31.12.2023 [12:50]
Britaniyanın ölkəmizdəki Səfiri Ferqus Old hər kəsi qarşıdan gələn yeni il münasibətilə Azərbaycan dilində təbrik edib.
Bu barədə səfir “X” hesabında bildirib.
O, bu il həm faciəli hadisələrlə, həm də təəccüblü anlara şahid olduğumuza baxmayaraq, ili nikbinliklə başa vurduğunu bildirib.