Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədəki yanğının təfərrüatı məlum oldu

31.12.2023 [12:17]

Xəbərin mətni

Hadisə şəhərin Atatürk prodpektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın 2-ci mərtəbəsindən anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 7 yanğınsöndürən avtomobili, 40-a yaxın canlı qüvvəsi və Gəncə Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın zamanı binanın 2-ci, 3-cü və 4-cü mərtəbəsinin eyvanları və 2-ci mərtəbənin 1 otağı əşiyaları ilə birlikdə yanıb.