Bakıda Yeni il ab-havası - CANLI
31.12.2023 [15:12]
Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə şəhərin mərkəzində canlanma müşahidə olunur. Bayram gününü insanlar öz doğmaları ilə əylənirlər. Şəhər mərkəzində müxtəlif konsert proqramları, həmçinin yarmarka və müxtəlif əyləncəli oyunlar təşkil olunub. Yeni ili Bakıda qarşılamaq üçün ölkəmizə gələn turistlərlə də şəhərdə tez-tez qarşılaşmaq mümkündür. AZƏRTAC paytaxtın mərkəzi küçələrindəki ab-havanı sizlərə canlı yayımda təqdim edir.