Şəhid övladları üçün bayram tədbiri təşkil olunub
31.12.2023 [15:48]
Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın bizlərə əmanəti olan övladları üçün bayram tədbiri təşkil edilib. Müxtəlif səhnəciklərin bərabərində milli sirk nömrələri nümayiş olunub, maraqlı və əyləncəli proqramlar keçirilib, bayram hədiyyələri təqdim edilib.