Laçınlı ailələr Həkəri çayının kənarında bayramı qeyd etdi
31.12.2023 [17:59]
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü uzun illərdən sonra Laçın şəhərində də keçirilir. Artıq hər bir küçədə, hər bir evdə bayram ab-havası hiss edilir. İndi də qonağı olduğumuz evin həyətindəyik. Burda uşaqları görürük. Onlara yaxınlaşıb bu bayramı necə keçirdiklərini soruşacayıq, çünki onların Laçın şəhərindəki ilk bayramıdır.